Ana səhifə / Kriminal / “Eldar Mahmudov məndən çox pul alıb”

“Eldar Mahmudov məndən çox pul alıb”

1,6 milyon manatlıq dələduzluq əməllərinə görə həbs edilən keçmiş iş adamı, bloqer Maqsud Mahmudovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Maqsud Mahmudov ifadə verib.
M.Mahmudov iddia edir ki, onu Milli Təhlükəsizlik Nazirliyinə çağırıb rüşvət istəyiblər:

“Milli Təhlükəsizlik Nazirliyində məndən bir “Gelandewagen” və 250 min manat istədilər. Bildirdilər ki, əks halda məni həbs edəcəklər. Mən də Aslandan 120 min manat borc istədim. Aslan dedi ki, obyektim var, onu sat pulu götür. Həmin obyekti 250 minə istədilər. Aslan isə 450 min manata dedi. Sonra dedi ki, 400 min manata sənə görə satıram. Daha sonra bir müştəri 290 min manata almaq istədi, razılaşdıq”.

İfadə zamanı Maqsud Mahmudov Eldar Mahmudovun ondan pul aldığını deyib:

“Eldar Mahmudovla mən uşaqlıqdan bir həyətdə böyümüşəm. Həmişə məndən pul alıb Eldar. Mən indi istəmirəm ki məni dələduz kimi tanısınlar. Aslan deyir ki 110 min ondan pul almışam. Amma elə deyil”.

Həmçinin oxuyun

Aqil Əliyevin oğlu Tibb Universitetinin professorunu məhkəməyə verdi 

Tibb Universitetinin professoru Şahbazov Şahbaz Qara oğlu barəsində məhkəmə iddiası qaldırılıb.Məhkəmə iddiası mərhum akademik Aqil …