Cümə axşamı , May 9 2024
Ana səhifə / Kriminal / “Elə pullardan danışırdı ki, elə bil Abramoviçdi, ya Qod Nisanovdu…”

“Elə pullardan danışırdı ki, elə bil Abramoviçdi, ya Qod Nisanovdu…”

Özünü 12-ci imam kimi təqdim ediərək 40 nəfərə qarşı dələduzluq etməkdə ittiham olunan Aqil Babayevin cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən bugünkü iclasda zərərçəkmiş Samir Cəfərov ifadə verib. Samir Cəfərov cinayət işi üzrə ona 149 min manat ziyan dəydiyini iddia edir:

“Aqil Babayevlə 2012-ci ildə qardaşım vasitəsilə tanış olmuşam. Özüm ibadətlə məşğul olduğum üçün təşkil etdiyi dini məcliələrdə iştirak etdim. Bu həmişə 12-ci imam olması barədə işarələr verirdi. Bir gün də məni çağırıb onun 12-ci imam olmasını qəbul edib-etmədiyimi soruşdu, dedim bəli edirəm. 2014-cü ildə 6 mərhələli bina evi tikməyə başlamışdım. Aqil Babayev həmin vaxt gəlib tikilən evin 2-ci və 3-cü mərtəbələrini ona satmağımı istədi. 8 otaqlı evə görə 448 min manat verməli idi, 210 min manatını verdi digər hissəsi qaldı. Mənzili başqa bir nəfərlə şərik tikirdik ona görə qalan pulun yarısını 149 min manatı mənim idi. Hələ də pulu ala bilməmişəm”.

Samir Cəfərovun ifadəsinin davamında 2016-cı ildən Aqil Babayevin zəkat və fitrə toplamaq işini ona həvalə etdiyini deyib.
Zərərçəkmiş şəxsin dediyinə görə həmin ildən Aqil Babayevin cinayət əməli üzə çıxana qədər ümumilikdə 2 milyon manat zəkat pulu toplayıb:

“Ayda minimum 10 min zəkat yığılırdı. Elə olurdu ki, 15-20 minə çatırdı. Hər ayın 15-i pulu yığıb Aqil Babayevə təhvil verirdim. Bundan başqa qurbanlar kəsilirdi ki onda da pul yığılırdı, fitrə pulu üçün pul yığılırdı. Bundan başqa bunun doğum günlərində 100 min manatliq hədiyyələr alınırdı, musiqiçilərə 10 min manat verirdik. Keçən dəfə danışanda elə pullardan danışırdı ki, elə bil bu Abramoviçdi ya Qod Nisanovdu…”

Vəkilin sualını cavablandıran zərərçəkmiş şəxs zəkat pullarının könüllü ödənildiyini bildirib.

Məhkəmə iclası növbəti tarixə təyin olunduqdan sonra zalda oturan zərərçəkmiş şəxslər Aqil Babayevi və onun vəkili Ceyhun Yusifovu təhqir ediblər. Məhkəmə heyəti və təqsirləndirilən şəxs zaldan çıxdıqdan sonra zərərçəkmişlər vəkil Ceyhun Yusifova hücum ediblər. Məhkəmə nəzarətçiləri insidentin qarışını alaraq vəkili arxa qapısından çıxarıblar.

Proses sentyabrın 27-də davam etdiriləcək.

Xatırladaq ki, Aqil Babayev Daxili İşlər Nazirliyinin (DİN)Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilib. Onun barəsində barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib. İş üzrə zərərçəkmiş şəxslərə 2 milyon 500 min manat ziyan dəydiyi iddia olunur.Seçilmiş Zəngim

Həmçinin oxuyun

“Sədərək”in sahibinin oğlunun evindən külli miqdarda oğurluq – Günahkarın cəzası niyə azaldıldı?

“Sədərək” Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəylinin oğlunun evindən külli miqdarda oğurluq etməkdə təqsirləndirilən Ruzan Cabbarovanın …