Çərşənbə , May 8 2024
Ana səhifə / Kriminal / Dünən saxlanılan bələdiyyə sədri Niyaz Niftiyev azadlığa buraxıldı

Dünən saxlanılan bələdiyyə sədri Niyaz Niftiyev azadlığa buraxıldı

Aprelin 17-də keçirilən əməliyyat zamanı saxlanılan Binəqədi Bələdiyyəsinin sədri Niyaz Niftiyev sərbəst buraxılıb.

Saxlanıldığı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən buraxılıb.

Əldə etdiyimiz məlumata görə, iş üzrə daha bir nəfər istintaqa cəlb edilib. Araşdırma zamanı Niyaz Niftiyevin saxta olduğu deyilən 431 aratışdan sadəcə 3-də imzası olduğu məlum olub. Həmin arayışların isə saxta olmadığı, kiçik ticarətlə məşğul olan şəxslərə verildiyi məlum olub.

N.Niftiyev vəkili vasitəsi ilə mətbuata ətraflı məlumat verəcəyini bildirib.

Cinayət işi ilə bağlı araşdırma davam edir.

Xatırladaq ki, Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğun rəsmi məlumatında bildirilirdi ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən xüsusi tədbir nəticəsində Binəqədi qəsəbəsi Bələdiyyəsinin sədri Niyaz Niftiyev və həmin qurumun Bələdiyyə Gəlirlərinin və Yerli Vergilər Şöbəsinin rəisi Sahib Abışov xüsusi karantin rejimi qaydalarını pozaraq sərbəst hərəkət etmək istəyən ayrı-ayrı şəxslərə onların qəsəbə ərazisində guya meyvə-tərəvəz və digər yeyinti məhsullarının satışı ilə məşğul olduqları barədə saxta arayışlar satan zaman xidməti otaqlarında saxlanılıblar.

Niyaz Niftiyev və Sahib Abışovun martın 31-dən aprelin 14-nə qədər müxtəlif şəxslərə karantin postlarında yoxlamalar zamanı təqdim etmək üçün 431 ədəd saxta arayışın hər birini 30 manata satmaqda suçlanırdılar.

Onlara qarşı Cinayət Məcəlləsinin 320.1-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) və 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddələri ilə ittiham irəli sürülmüşdü.

Qeyd edək ki, N.Niftiyev uzun müddət jurnalist fəaliyyəti ilə məşğul olub. Azadinform.az saytının rəhbəri idi. Niyaz Niftiyev həm də Mətbuat Şurası İdarə Heyətinin üzvüdür. Musavat.com

WhatsApp Image 2020-04-17 at 21.03.09 (1).jpeg (43 KB)

Həmçinin oxuyun

Ali Məhkəmə Mövlam Şıxəliyevin ailə üzvlərinin adına olan əmlakları müsadirə etmədi 

Ali Məhkəmənin cinayət kollegiyasında hakim Nazim Mövsümovun sədrliyi ilə Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə …