Cümə axşamı , May 9 2024
Ana səhifə / Kriminal / Daha bir jurnalistin evi qarət edildi

Daha bir jurnalistin evi qarət edildi

Teleqraf.com saytının müxbiri Hacı Zeynalovun Abşeron rayonunda evi qarət edilib.
Saray qəsəbəsində olan fərdi evdən “Grundig” markalı televizor, ətçəkən maşın, pul və rəsmi sənədlər oğurlanıb.
Ümumilikdə jurnalistə 1425 manat ziyan dəyib.
Oğurluqla bağlı jurnalist Daxili İşlər Nazirliyinin “102 zəng” xidmətinə məlumat verib.
Hadisə yerinə Abşeron rayon Polis İdarəsinin müstəntiqi, kriminalistlər və sahə müvəkkili gəlib. Müvafiq müayinə aparılıb, jurnalistin ifadəsi alınıb.
Faktla bağlı Abşeron rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 177.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla oğurluq törətmək) və 326-cı (rəsmi sənədləri, ştampları, möhürləri talama və ya məhv etmə) maddələri ilə cinayət işi başlanıb.
Oğurluğu kimin törətdiyi məlum deyil.
Abşeron polisi oğurluğu törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması üçün əməliyyat tədbirləri görür.
Qeyd edək ki, Hacı Zeynalov uzun illər müxtəlif mətbuat orqanlarında çalışıb. O, əsasən kriminal mövzularda yazır.

Həmçinin oxuyun

Ali Məhkəmə Mövlam Şıxəliyevin ailə üzvlərinin adına olan əmlakları müsadirə etmədi 

Ali Məhkəmənin cinayət kollegiyasında hakim Nazim Mövsümovun sədrliyi ilə Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə …