Ana səhifə / Kriminal / Dələduz professor məhkəmə zalında həbs edildi

Dələduz professor məhkəmə zalında həbs edildi

Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun professoru, Beynəlxalq Terrorçuluğa və Korrupsiyaya qarşı Mübarizə Mərkəzinin keçmiş direktoru Rövşən Novruz oğlu Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən iclasda hökm elan edilib.
Hökmə əsasən, təqsirləndirilən Rövşən Vəliyev 6 il azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib.
Ona Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham edilib.
Qeyd edək ki, ittihama görə Rövşən Vəliyev dələduzluq yolu ilə 80 min manatdan çox pulu ələ keçirib.
Xatırladaq ki, Rövşən Vəliyev 2007-ci ildə də dələduzluq, mənimsəmə ittihamı ilə həbs olunmuşdu.

Həmçinin oxuyun

HƏBSDƏ OLAN GENERAL PULLARI KİMƏ VERİB? – Talıbovla bağlı ifadəsini dəyişdi

Naxçıvan Muxtar Respublikası Penitensiar Xidmətinin sabiq rəisi general-mayor Tofiq Həsənov Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin hökmü …