Ana səhifə / Kriminal / Baş həkimlə birlikdə qardaşı oğlu da saxlanılıb

Baş həkimlə birlikdə qardaşı oğlu da saxlanılıb

Füzuli Rayon Mərkəzi Xəstəxanasının sabiq baş həkimi Natiq Şükürovla birlikdə ittiham olunan poliklinika şöbəsinin müdiri Şəfa Şükürovun baş həkimlə qohum olduğu məlum olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Natiq Şükürovla birlikdə cinayət işi məhkəməyə göndərilən Şəfa Şükürov keçmiş baş həkimin qardaşı oğludur. Ona Cinayət Məcəlləsinin 32.5, 313 (vəzifə saxtakarlığına köməklik etmə) maddələri ilə ittiham elan edilib. Ş.Şükürova barəsində cinayətin törədilməsində iştirakçılıq etdiyi üçün istintaq başlanılıb.

Şükürovların Füzuli rayon səhiyyəsindəki yeri bununla məhdudlaşmır. Belə ki, Füzuli Rayon Diaqnostika Mərkəzinin direktoru Şaiq Şükürov da Natiq Şükürovun qardaşı oğludur. Şaiq və Şəfa Şükürovlar əmioğludurlar. Ş.Şükürov daha əvvəl Horadiz Şəhər Xəstəxanasında baş həkim vəzifəsini icra edib.

Xatırladaq ki, Natiq Şükürov bu ilin mayında TƏBİB-in İdarə heyətinin keçmiş sədri Ramin Bayramlının əmri ilə vəzifəsindən azad olunub. N.Şükürov tibb müəssisəsində əlilliyin təyin edilməsi ilə bağlı işi düzgün təşkil etmədiyinə, əhaliyə keyfiyyətli tibbi xidmətin göstərilməsini təmin etmədiyinə və tabeliyində olan işçilərin fəaliyyətini lazımi qaydada təşkil və nəzarət etmədiyinə görə işinə xitam verilib.

N.Şükürovdan sonra Füzuli Rayon Mərkəzi Xəstəxanasında baş həkimin vəzifələrini onun müavini Aygün Nağıyeva icra edib. Maraqlıdır ki, ötən günlərdə A.Nağıyeva da işdən azad edilib. Xəstəxanadan saytımıza bildirilib ki, 4 noyabr 2021-ci ildə A.Nağıyeva ilə bağlanmış müqavilənın vaxtı bitib, yenidən müqavilə imzalanmayıb.

Qeyd edək ki, istintaq zamanı Natiq Şükürov tərəfindən dəymiş 23 min 400 manat ziyanın tam ödənilməsi təmin edilib.

Həmçinin oxuyun

HƏBSDƏ OLAN GENERAL PULLARI KİMƏ VERİB? – Talıbovla bağlı ifadəsini dəyişdi

Naxçıvan Muxtar Respublikası Penitensiar Xidmətinin sabiq rəisi general-mayor Tofiq Həsənov Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin hökmü …