Ana səhifə / Kriminal / Bakıda uşaqların ərzağını mənimsəyən bağçanın vəzifəlilərinə cinayət işi açıldı

Bakıda uşaqların ərzağını mənimsəyən bağçanın vəzifəlilərinə cinayət işi açıldı

Bakı şəhəri Yasamal rayonu 184 saylı uşaq bağçasında 112 uşağın ərzağı mənimsənilib, cinayət işi başlanılıb.
Bu barədə Yasamal Rayon Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, araşdırmalarla qeyd olunan bağçanın vəzifəli şəxsləri məlumat bazasında adları qeydə alınmayan 112 nəfər uşağa görə ərzaq məhsullarını məxaric etməklə xeyli miqdarda dövlət əmlakının mənimsəməkdə və rəsmi sənədlərə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törətməkdə şübhəli biliniblər.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4, (qulluq mövqeyindən istifadə edilməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

Həmçinin oxuyun

HƏBSDƏ OLAN GENERAL PULLARI KİMƏ VERİB? – Talıbovla bağlı ifadəsini dəyişdi

Naxçıvan Muxtar Respublikası Penitensiar Xidmətinin sabiq rəisi general-mayor Tofiq Həsənov Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin hökmü …