Ana səhifə / Kriminal / Bakıda tanınmış xanım idmançının evindən seyf oğurlayan sevgililər hakim qarşısında: 70 min manat aparıblar

Bakıda tanınmış xanım idmançının evindən seyf oğurlayan sevgililər hakim qarşısında: 70 min manat aparıblar

Məşhur xanım idmançı Fəridə Əzizovanın evindən oğurluq etməkdə təqsirləndirilən Nicat İsrafilov və Nərgiz Fərəcova hakim qarşısına çıxarılır.

Onların cinayət işi üzrə ibtidai istintaq başa çatıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Azad Məcidovun icraatına verilib. Hazırlıq iclası avqustun 6-na təyin edilib.

Xatırladaq ki, ötən ilin sentyabrında Azərbaycanın peşəkar taekvondoçusu, dünya və Avropa çempionatlarının mükafatçısı Fəridə Əzizovanın Yasamal rayonundakı mənzilindən seyf oğurlanıb.

Bir neçə ay sonra idmançının evindən içərisində 35000 manat və 18800 dollar olan seyfi aparan Gəncə şəhər sakini Nicat İsrafilov və Nərgiz Fərəcova həbs edilib. Məlum olub ki, N.İsrafilov idmançı F.Əzizovanın rəfiqəsinin sevgilisidir.

Xatırladaq ki, F.Əzizova 2013-cü ildə dünya çempionatında və 2014-cü ildə Baкı şəhərində Avropa Çempionatında bürünc medal qazanıb. Həmçinin 2015 Avropa Oyunlarında gümüş medal qazanıb. (Musavat.com)

Həmçinin oxuyun

Aqil Əliyevin oğlu Tibb Universitetinin professorunu məhkəməyə verdi 

Tibb Universitetinin professoru Şahbazov Şahbaz Qara oğlu barəsində məhkəmə iddiası qaldırılıb.Məhkəmə iddiası mərhum akademik Aqil …