Ana səhifə / Kriminal / Bakıda qız üstündə kütləvi dava: bir nəfər bıçaqlandı

Bakıda qız üstündə kütləvi dava: bir nəfər bıçaqlandı

Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

Oxu.Az-ın məlumatına görə, Dərnəgül qəsəbəsi, Ağasadıq Gəraybəyli küçəsində bir qrup gənc arasında mübahisə düşüb və Bakı şəhər sakini, 1999-cu il təvəllüdlü Ülvi Səfərliyə bıçaqla xəsarət yetirilib.

O, xəstəxanaya aparılıb və təcili tibbi yardım göstərilib. Gəncin həyatını xilas etmək mümkün olub.

İlkin məlumata görə, gənclər arasında baş verən dava qız üstündə yaranıb.

Faktla bağlı cinayət işi başlanıb.

Həmçinin oxuyun

HƏBSDƏ OLAN GENERAL PULLARI KİMƏ VERİB? – Talıbovla bağlı ifadəsini dəyişdi

Naxçıvan Muxtar Respublikası Penitensiar Xidmətinin sabiq rəisi general-mayor Tofiq Həsənov Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin hökmü …