Çərşənbə axşamı , May 7 2024
Ana səhifə / Kriminal / Bakıda məktəbdə şagirdlər zəhərləndi – 9 nəfər təcili xəstəxanaya gətirildi

Bakıda məktəbdə şagirdlər zəhərləndi – 9 nəfər təcili xəstəxanaya gətirildi

Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi 76 saylı tam orta məktəbdə şagirdlər bibər qazından zəhərlənib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Mia.az-aməlumat verilib.
Bildirilib ki, hadisə ilə əlaqədar ora Təcili Tibbi Yardım Stansiyasının 4 həkim briqadası göndərilib. Təcili Tibbi Yardım avtomobilləri məktəbdən 9 şagirdi götürərək Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirib.
Zəhərlənən şagirdlər 10-12 yaş arasındadırlar. Onların vəziyyətləri stabildir.

Həmçinin oxuyun

Təhsil müəssisəsində 250 min manatlıq mənimsəmə

Təhsil müəssisəsində baş verən qanunsuzluqlarla bağlı cinayət işi başlanıb.Bu barədə Sumqayıt şəhər prokurorluğu məlumat yayıb.Bildirilib …