Ana səhifə / Kriminal / Bakıda maşın piyadaları vurdu – 1-i öldü, 2-si yaralıdır

Bakıda maşın piyadaları vurdu – 1-i öldü, 2-si yaralıdır

Avqustun 16-da saat 02 radələrində Xətai rayonunun Gəncə prospektində Bakı şəhər sakini Elşən Şahverdiyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolun kənarında dayanmış paytaxt sakinləri Azər Mirzəyevi, Fuad Şirinovu və Lənkaran rayon sakini Samir Mustafayevi vurub.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, nəticədə S.Mustafayev hadisə yerində ölüb, digər iki piyada isə xəstəxanaya yerləşdirilib.

Xətai RPİ tərəfindən araşdırma aparılır.

Həmçinin oxuyun

Müşfiq Atakişiyevə 14 il 6 ay həbs cəzası verildi

“Təfəkkür” Universitetinin prorektoru Tariyel Əhmədovun qətli ilə bağlı məhkəmə araşdırması başa çatıb. “Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır …