Ana səhifə / Kriminal / Bakıda kişi bacısına və yeznəsinə 18 bıçaq zərbəsi vurdu

Bakıda kişi bacısına və yeznəsinə 18 bıçaq zərbəsi vurdu

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Hadisə Yasamal rayonunda qeydə alınıb.

1987-ci il təvəllüdlü Həmidov İsmayıl Kamil oğlu və həyat yoldaşı, 1994-cü il təvəllüdlü Sadıqova Zümrüd Vədud qızı çoxsaylı bıçaq xəsarətləri alıblar. Yaralılar təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırıblar. Müayinə zamanı İ.Həmidovun bədənində 12, Z.Sadiqovanın bədənində isə 6 ədəd kəsilmiş-deşilmiş bıçaq yaraları aşkarlanıb.

Hər iki yaralının vəziyyəti ağır olduğundan onlar reanimasiya şöbəsinə yerləşdiriliblər.

İlkin məlumata görə, hadisə ailədaxili münaqişə zəminində baş verib. Hadisəni Z.Sadıqovanın qardaşı törədib.

Cinayətin təfərrüatı araşdırılır. Report

Həmçinin oxuyun

Müşfiq Atakişiyevə 14 il 6 ay həbs cəzası verildi

“Təfəkkür” Universitetinin prorektoru Tariyel Əhmədovun qətli ilə bağlı məhkəmə araşdırması başa çatıb. “Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır …