Bazar ertəsi , May 6 2024
Ana səhifə / Kriminal / Bakıda da kütləvi dava olub: 1 nəfər bıçaqlanıb

Bakıda da kütləvi dava olub: 1 nəfər bıçaqlanıb

Bakının Xətai rayonunda gənclər arasında kütləvi dava olub. APA-nın verdiyi xəbərə görə, insident NZS qəsəbəsi, Nobel prospektində baş verib.

Gənclərin əlbəyaxa davası 1993-cü il təvəllüdlü Əliyev Sənan Səfər oğlunun bıçaqlanması ilə bitib. O, ətrafdakıların köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb və dərhal əməliyyat edilib. Müəyyən edilib ki, bıçaq xəsarətləri S.Əliyevə döş qəfəsindən və qarnından yetirilib. Xəstəxanaya gətirilərkən vəziyyəti ağır olub.

Bıçaqlanma ilə bağlı Xətai polisinə məlumat verilib. Hadisənin iştirakçısı olan bir neçə nəfərin polis tərəfindən saxlanıldığı bildirilir.

Həmçinin oxuyun

Azərbaycanlı vəkil həbs edildi – keçmiş prokurorun 10 il əvvəl etdiyi şikayəti əsasında

Azərbaycanlı vəkil və tanınmış hüquq müdafiəçisi Mustafa Türk Həmədani həbs edilib.Axar.az xəbər verir ki, bu barədə …