Çərşənbə axşamı , May 14 2024
Ana səhifə / Kriminal / Bakı İstintaq Təcridxanasının keçmiş əməkdaşı rüşfətxorluqda ittiham olunur

Bakı İstintaq Təcridxanasının keçmiş əməkdaşı rüşfətxorluqda ittiham olunur

Bakı İstintaq Təcridxanasının keçmiş əməkdaşı Elşad Məmmədovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. 

İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

Dekabrın 25-nə iş üzrə məhkəmə hazırlıq iclası təyin edilib. İclas hakim Leyla Ələsgərova-Məmmədovanın sədrliyi ilə keçiriləcək. 

Elşad Məmmədov Cinayət Məcəlləsinin 311.3.2-ci (Rüşvət alma – təkrar törədildikdə) maddəsi ilə təqsirləndirlir. Təqsiri sübuta yetirilərsə, onu 8 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. 

Cinayət işi üzrə Bakı İstintaq Təcridxanası zərərçəkmiş qismində tanınıb. İşin təfərratları barədə açıq mənbələrdə heç bir məlumat yoxdur. 

Həmçinin oxuyun

Hüseyn Abdullayev prokurorluğu məhkəməyə verib

Apreldə 6 illik cəza müddəti başa çatsa da, azadlığa buraxılmayaraq, haqqında yenidən cinayət işi başlanan …