Çərşənbə axşamı , May 14 2024
Ana səhifə / Cəmiyyət / “Arbitrajlar normal işləsə, məhkəmənin iş yükü azalacaq” – Ekspert

“Arbitrajlar normal işləsə, məhkəmənin iş yükü azalacaq” – Ekspert

“Bu günlərdə Milli Məclisdə “Arbitraj haqqında” yeni qanun layihəsi birinci oxunuşda qəbul edilib. Qanun layihəsinə görə, daxili arbitraj icraatına münasibətdə arbitrə dair tələblər müəyyənləşib. Qanun Azərbaycanda arbitraj məhkəmələrinin və daimi arbitraj təşkilatlarının təşkili, fəaliyyət göstərməsi, arbitraj icraatının aparılması, arbitraj qərarlarının tanınması və icrası qaydalarını müəyyən edəcək. Arbitraj tərəflər arasında olan mübahisəyə dövlət məhkəməsindən kənarda baxılmasıdır. Tərəflər öncədən müqavilə bağlayır və həmin sənəddə qeyd edilir ki, mübahisə yaranarsa, buna dövlət məhkəməsində yox, arbitraj məhkəməsində baxılacaq. Dünya təcrübəsində bu, geniş yayılıb”.

Bu fikirləri Bakupost.az -a hüquqşünas Əkrəm Həsənov yeni qəbul olunan “Arbitraj haqqında” qanun layihəsi barədə danışarkən deyib.

Onun sözlərinə görə, arbitrlərə etimad olmalıdır ki, tərəflər onlara müraciət etsinlər:

“Arbitraj özəl məhkəmədir. Arbitrlər də iqtisadi, sahibkarlar arasında olan mübahisələrə baxırlar. Əgər arbitrajlar normal şəkildə işləsələr, bu, məhkəmələrin iş yükünü azaldacaq, sahibkarlığın inkişafına dəstək verəcək”.

Həmçinin oxuyun

“Uşağı əməliyyatla dünyaya gətirirlər, bunun nəyi analıqdır?!” – VİDEO

“Mənim anam 14 uşaq dünyaya gətirmişdi. O qədər cavan qalmışdı ki, Bakıya gələndə elə bilirdilər, …