Ana səhifə / Kriminal / “Azərsu”nun dələduzluqda ittiham olunmuş sabiq əməkdaşı 9 il həbs cəzası aldı

“Azərsu”nun dələduzluqda ittiham olunmuş sabiq əməkdaşı 9 il həbs cəzası aldı

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Elgün İmranlının cinayət işi üzrə i məhkəmə istintaqı yekunlaşıb.

Virtualaz.org-un xəbərinə görə, prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə E.İmranlı 9 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, “Azərsu”nun sabiq əməkdaşı E.İmranlı vətəndaşların etibarından sui-istifadə edərək onların ümumilikdə 206 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib. Belə ki, o, zərərçəkmiş Rauf İbrahimov, Həsən İbrahimov, Əbülfəz İbrahimov və Elçin Məmmədova tenderdə qalib gələcəyi vədi verib. lakin sonradan E.İmranlı verdiyi vədə əməl etməyib.

Zərərçəkmişlərin şikayəti əsasında saxlanılan E.İmranlı barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsi ilə ittiham irəli sürülüb.

Məhkəmənin hazırlıq iclasında o, məhkəmə zalında həbs olunub.

Həmçinin oxuyun

Aqil Əliyevin oğlu Tibb Universitetinin professorunu məhkəməyə verdi 

Tibb Universitetinin professoru Şahbazov Şahbaz Qara oğlu barəsində məhkəmə iddiası qaldırılıb.Məhkəmə iddiası mərhum akademik Aqil …