Ana səhifə / Kriminal / “Azərbaycanda kreditlər bahalaşacaq” – EKSPERT 

“Azərbaycanda kreditlər bahalaşacaq” – EKSPERT 

İqtisadçı-ekspert Samir Əliyev Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin uçot dərəcəsinin 3%-dən 5%-ə qaldırılması ilə bağlı qərarının şərh edib. Azinforum.az-ın məlumatına görə, o, bu barədə “Facebook” sosial şəbəkəsindəki profilində yazıb və qərarın Azərbaycanda kreditləri bahalaşdıracağının qeyd edib: “Milli valyutaların devalvasiyasından sonra inflyasiya təzyiqlərini azaltmaq üçün bir qayda olaraq mərkəzi banklar uçot dərəcəsini qaldırır. Bu baxımdan AMB-nin uçot dərəcəsini qaldırması gözlənilən idi. Əslində qurumun bu qərarı bir qədər gecikib. Çünki AMB-nin siyasəti pul kütləsini azaltmaq olub və inflyasiyaya qarşı belə mübarizə aparıb. AMB-nin bu addımını inflyasiyanı cilovlamaqdır və manat aktivlərinin gəlirliyini artırmaqdır. Belə ehtimal etmək olar ki, bankları təmin etmək üçün AMB yaxın dövrlədə manat kütləsini artırmaq niyyətindədir. Bu addım kreditləri bahalaşdıracaq və iqtisadi aktivliyi məhdudlaşdlracaq. Görünür, monetar siyasət iqtisadi aktivliyi artırmaqdan çox qiymətlərin artımının qarşısını almaq üzərində qurulub. Bunu manata güvənliyi artırmaq siyasətinin tərkibi hissəsi də adlandırmaq olar”.

Həmçinin oxuyun

HƏBSDƏ OLAN GENERAL PULLARI KİMƏ VERİB? – Talıbovla bağlı ifadəsini dəyişdi

Naxçıvan Muxtar Respublikası Penitensiar Xidmətinin sabiq rəisi general-mayor Tofiq Həsənov Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin hökmü …

Bir cavab yazın