Çərşənbə axşamı , May 7 2024
Ana səhifə / Kriminal / Azərbaycanlı müğənni Moskvada həbs olundu – Ev yandırdı (FOTO)

Azərbaycanlı müğənni Moskvada həbs olundu – Ev yandırdı (FOTO)

Moskvada azərbaycanlı müğənni Rizvan Əliyev həbs olunub.

Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, polis tərəfindən saxlanılan müğənni  ev yandırmaqda və soyğunçuluqda ittiham olunur. 

İş üzrə zərərçəkən kimi isə Rizvan Əliyevin masajçısı Mart Avilov tanınıb. O sosial şəbəkələrdə azərbaycanlı müğənninin ünvanına təhqirlər yağdırıb. 

Masajçı polisə ifadə verib. O ifadəsində mayın 25-də çağırışa getdiyini, lakin çağırışın yalan olduğunu və evə dönərkən yanğınla qarşılaşdığını söyləyib. Masajçı evindən içərisində qızıl-ziynət əşyalarının olduğu seyfin də oğurlandığını qeyd edib. 

Şübhəli qismində müğənni Rizvan Əliyev saxlanılıb. Məlumata görə, müğənni törətdiyi əməli etiraf edib. R. Əliyev oğurladığı seyfi meşədə gizlədib. Müğənni barəsində ev dustaqlığı qərarı verilib.

Həmçinin oxuyun

Azərbaycanlı vəkil həbs edildi – keçmiş prokurorun 10 il əvvəl etdiyi şikayəti əsasında

Azərbaycanlı vəkil və tanınmış hüquq müdafiəçisi Mustafa Türk Həmədani həbs edilib.Axar.az xəbər verir ki, bu barədə …