Çərşənbə , May 8 2024
Ana səhifə / Kriminal / Azərbaycanın keçmiş baş nazirinin müşavirinin kürəkəni GÜLLƏLƏNDİ

Azərbaycanın keçmiş baş nazirinin müşavirinin kürəkəni GÜLLƏLƏNDİ

Türkiyənin İstanbul şəhərinin Beykoz bölgəsində iş adamı Mustafa Erkin Karaman silahlı hücuma məruz qalıb.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, hadisə ötən gün saat 20:00-da Beykoz Soğuksuda baş verib.

Tanınmış iş adamı lüks avtomobilində küçə ilə gedərkən naməlum şəxslər ona silahla hücum edib. Təcavüzkarlar iş adamının olduğu maşına 5 dəfə atəş açıblar. Mustafa Karaman yaralanıb və xəstəxanaya yerləşdirilib. Daha sonra o, başqa xəstəxanaya nəql olunub.

Hadisə yerinə çox sayda polis dəstəsi sövq edilib. Hadisəylə bağlı genişmiqyaslı araşdırma başlanılıb.

Qeyd edək ki, iş adamı Mustafa Erkin Karaman 2012-ci ildə Azərbaycanın keçmiş baş nazirinin müşaviri Musa Məmmədovun qızı Günel Məmmədova ilə ailə həyatı qurub. Onların toy məclisi Çırağan sarayında baş tutub.

Xatırladaq ki, 85 yaşlı Musa Məmmədov 2017-ci ildə vəzifəsindən azad edilib.

Həmçinin oxuyun

Ali Məhkəmə Mövlam Şıxəliyevin ailə üzvlərinin adına olan əmlakları müsadirə etmədi 

Ali Məhkəmənin cinayət kollegiyasında hakim Nazim Mövsümovun sədrliyi ilə Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə …