Şənbə , May 11 2024
Ana səhifə / Kriminal / Azərbaycanda dollarlaşma dərəcəsi azalmağa davam edir

Azərbaycanda dollarlaşma dərəcəsi azalmağa davam edir

Azərbaycan əhalisinin bank əmanətləri üzrə dollarlaşma dərəcəsi 2017-ci il iyunun 1-nə 74,52% təşkil edib. Ötən ay bu göstərici 76,6%, yanvarın 1-nə 79,63%, keçən ilin analoji dövründə isə 80,87% təşkil edib.

Mərkəzi Bankaın verdiyi xəbərə görə, cəmi depozit bazasında dollarlaşma dərəcəsi iyun ayının 1-nə 75,2% olub. Keçən ay bu göstərici 74,85%, bu il yanvarın 1-nə 75,29%, 2016-cı ilin analoji dövründə isə 80,77% təşkil edib.
Kreditlərin strukturunda isə 2017-ci il iyunun 1-nə dollarlaşma dərəcəsi 45,75%, yanvarın 1-nə 47,32%, ötən il iyunun 1-nə 46,82%-ə bərabər olub. Cari ilin mayın 1-nə isə kreditlərin strukturunda dollarlaşma dərəcəsi 48% təşkil edib.

Həmçinin oxuyun

Müşfiq Atakişiyevə 14 il 6 ay həbs cəzası verildi

“Təfəkkür” Universitetinin prorektoru Tariyel Əhmədovun qətli ilə bağlı məhkəmə araşdırması başa çatıb. “Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır …

Bir cavab yazın