Çərşənbə axşamı , May 7 2024
Ana səhifə / Kriminal / Astarada dəhşətli QƏTL – Həmyerlisini evinə çağırıb öldürdu, sonra isə yandırdı

Astarada dəhşətli QƏTL – Həmyerlisini evinə çağırıb öldürdu, sonra isə yandırdı

Astara rayonunda dəhşətli qətl hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə rayonun Şiyəkəran kəndində qeydə alınıb.

Kənd sakini, 1961-ci il təvəllüdlü Əliyev Cabir Mürvət oğlunun kənd sakini Əliyev Sadıq Noruz oğlunun evində yanaraq ölməsi barədə məlumat daxil olub.

Hadisə yerinə və yanmış evə baxış keçirilərkən ev sahibi S.Əliyev saxlanılıb. İlkin dindirilmə zamanı o C.Əliyevi qətlə yetirdiyini etiraf edib.

Bildirib ki, C.Əliyevi evinə dəvət edib və orada aralarında mübahisə yaranıb. Mübahisə zamanı S.Əliyev C.Əliyevin əvvəlcə başına odun parçası ilə, daha sonra isə mətbəx bıçağı ilə çoxsaylı zərbələr endirərək onu qətlə yetirib.

Hadisəni törədən S.Əliyev sonra evdəki sobanı təpiklə vurub aşırıb, nəticədə yanğın baş verib və ev tam yanıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Həmçinin oxuyun

Ev dustaqlığında olan vəzifəli şəxs həbs edildi

Xəbər verdiyimiz kimi,“Gəncə Şəhər Birləşmiş Xəstəxanası” publik hüquqi şəxsin vəzifəli şəxsləri Vidadi Hüseynov, Məhəbbət Abdullayev …