Ana səhifə / Kriminal / 42 yaşlı azərbaycanlı İtaliyada polis əməkdaşını döydü

42 yaşlı azərbaycanlı İtaliyada polis əməkdaşını döydü

İtaliyada azərbaycanlı və onun iki dostu polis əməkdaşlarına hücum ediblər.

Virtualaz.org yerli mətbuata istinadən xəbər verir ki, üç sərxoş kişi karabinerlərə müqavimət göstəriblər və onlara xəsarətlər yetiriblər. Hadisənin iştirakçılarından biri Ferrara şəhərində yaşayan, adı polisin məlumatında S.E. kimi göztərilmiş 42 yaşlı azərbaycanlıdır. Hücum edənlərdən digər iki nəfər isə 35 və 37 yaşlı moldovalılardır.

Polis əməkdaşları ilə əcnəbilər arasında münaqişə əraziyə nəzarət vaxtı baş verib. Asayiş pozucularının saxlanılmasından sonra məlum olub ki, azərbaycanlı şəxs hələ 2012-ci ildə immiqrasiya ilə bağlı hüquq pozuntusuna yol verib – saxta sənədlər təqdim edib.

Bununla əlaqədar olaraq, Ferrara şəhərinin məhkəməsi S.E.-ni 8 ay müddətinə azadlıqdan məhrum edib. Münaqişənin digər iki iştirakçısı üv dustaqlığına məhkum olunublar.

Həmçinin oxuyun

HƏBSDƏ OLAN GENERAL PULLARI KİMƏ VERİB? – Talıbovla bağlı ifadəsini dəyişdi

Naxçıvan Muxtar Respublikası Penitensiar Xidmətinin sabiq rəisi general-mayor Tofiq Həsənov Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin hökmü …