Ana səhifə / Kriminal / 19 yaşlı tələbə hamamda dəm qazından boğuldu – VİDEO

19 yaşlı tələbə hamamda dəm qazından boğuldu – VİDEO

Hadisə səhər saatlarında Şamaxının Şəhriyar qəsəbəsində, tələbənin kirayə yaşadığı həyət evində qeydə alınıb.

ARB TV xəbər verir ki, 19 yaşlı Güldəstə Nəsibli təcili tibbi yardım avtomobili ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının 2-ci kurs tələbəsi olan gənc qız Bərdə rayon sakinidir.

Elnarə Mehralıyeva – həkim: “Səhər saatlarında “103” xidmətinə Şəhriyar qəsəbəsindən müraciət daxil oldu. Həmin qəsəbəyə getdik. Orada dəm qazından zəhərlənmə halı müşahidə olundu. Biz gedərkən xəstə huşsuz idi. Göstərilən ilkin tibbi yardımdan sonra xəstəni reanimasiya şöbəsinə yerləşdirdik. Hal hazırda müalicəsi davam etdirilir”.

Faktla bağlı araşdırma aparılır.

  • 23.01.201913:09

Həmçinin oxuyun

Aqil Əliyevin oğlu Tibb Universitetinin professorunu məhkəməyə verdi 

Tibb Universitetinin professoru Şahbazov Şahbaz Qara oğlu barəsində məhkəmə iddiası qaldırılıb.Məhkəmə iddiası mərhum akademik Aqil …