Çərşənbə axşamı , May 7 2024
Ana səhifə / Köşə Yazarları / İcra başçısı baş redaktoru həbslə hədələyir

İcra başçısı baş redaktoru həbslə hədələyir

İcra başçısı baş redaktoru həbslə hədələyir

“Nia.az” xəbər portalının baş redaktoru Bəhruz Əliyev Neftçalanın icra başçısı İsmayıl Vəliyev tərəfindən təzyiqə məruz qaldığını və həbslə hədələndiyini bəyan edib.

Bu barədə Azinforum.az-a məlumat verən baş redaktorun sözlərinə görə, bir neçə gün əvvəl “Nia.az” xəbər portalında “Boss”-ların yağlı tikə uğrunda amansız savaşı – NEFTÇALADA” başlıqlı tənqidi yazı dərc olunub. Məqalədə söhbət Neftçala rayonunun İcra başçısı İsmayıl Vəliyevin və onun adamlarının özbaşınalıqları tənqid olunub. Özünü hüquq mühafizə orqanlarının işcisi kimi təqdim edən şəxs saytın rəhbərini hədələyərək, həmin yazının internet resurslarından tezliklə qaldırılmayacağı təqdirdə onun həbs olunacağını bildirib. Hüquq mühafizə orqanlarının işçisi Bəhruz Əliyevə bildirib ki, İsmayıl Vəliyev yuxarılara danışıb, sənin həbs olunmağın an məsələsidir.

Həmçinin oxuyun

Yardım etdiklərimizin minnəti…

Vaxtım və həvəsim olanda “TikTok”-da canlı yayım açıram. Əsasən gündəm mövzularından danışıram. İnteraktivliyi təmin etmək …

Bir cavab yazın