Ana səhifə / Köşə Yazarları / Amerikalı bloger Bakıda 10 dollara necə dincəldiyindən danışdı – VİDEO

Amerikalı bloger Bakıda 10 dollara necə dincəldiyindən danışdı – VİDEO

ABŞ-ın Arizona ştatından olan 25 yaşlı bloger Dryu Binski Azərbaycana səfər edib.

Azərbaycan D.Binskin səyahət etdiyi yüzüncü ölkə olub. Bloger 30 yaşına qədər dünyanın bütün ölkələrinə səfər etməyi qarşısına məqsəd qoyub.

D.Binski səyahət etdiyi ölkələrdə 10 dollara necə istirahət etməyi göstərir.

Bakıya həsr edilən videoda, bloger Azərbaycana gəlməsindən məmnun olduğunu bildirib. Ölkəmizin bənzərsiz olduğunu vurğulayan Binski, burada keçirdiyi hər dəqiqəyə şad olduğunu qeyd edib.

Səyahətçi Bakıda 10 dolları çay süfrəsi, dönər, qəlyan və taksi xidmətinə xərcləyib.

Həmçinin oxuyun

Yardım etdiklərimizin minnəti…

Vaxtım və həvəsim olanda “TikTok”-da canlı yayım açıram. Əsasən gündəm mövzularından danışıram. İnteraktivliyi təmin etmək …

Bir cavab yazın