Ana səhifə / Köşə Yazarları / RUS DİLİ VƏ RUS BÖLMƏSİNDƏ TƏHSİL: faydalı olanı fəsadsız necə əldə etməli?

RUS DİLİ VƏ RUS BÖLMƏSİNDƏ TƏHSİL: faydalı olanı fəsadsız necə əldə etməli?

Yazmaq istəyirsən, fikirləşəndə ki, auditoriya elə də böyük deyil onda fikrindən daşınırsan.

Rus dili ilə bağlı danışanlar rus dilinin əhəmiyyətini inkar etmirlər, onlar rus dilində təhsilin əleyhinə olduğunu bildirirlər. Bu barədə dəfələrlə yazmaq istəmişəm amma vaxt edə bilməmişəm. Bu gün tv kanalların birində bu barədə gedən süjetdən sonra yazmaq istədim.

Rus dilini yaxşı bilmək lazımdır. Azərbaycan bölməsində oxumaqla bunu etmək mümkün olmur. Valideynlər övladlarını rus bölməsinə göndərmək istəyirlər, ona görə yox ki, bu bölmədə təhsilin səviyyəsi daha yüksəkdir, ona görə göndərirlər ki, uşağı rus dilini yaxşı bilsin. Bəzən görürsən məsələnin mahiyyətini anlamayanlar bunu insanların formazonluğu kimi qələmə verirlər. Yəni deyirlər ki, özləri rus dilini bilməyən valideynlər övladını rus bölməsinə yalnız ona görə göndərir ki, sonradan bununla forslansın. Bu məsələnin dayaz izahıdır.

1992-ci ildə azərbaycan bölməsində keçirilən rus dili dərslərinin belini qırdılar, onu nüfuzdan saldılar. Rus bölməsinə kütləvi axının səbəbini burada axtarmaq lazım. Əgər rus bölməsinin artması problemdirsə, onda onun yeganə həlli azərbaycan bölməsində rus dili dərslərinin səviyyəsini o həddə çatdırmaqdır ki, XI sinifi bitirən şagird bu dilə lazımi səviyyədə yiyələnə bilsin. Bax onda bu problem təbii şəkildə öz həllini tapacaq. Yoxsa ki, süni yollarla bunun qarşısını almaq olmaz. Necə ki, başlayıblar rus bölməsinə gedən şagirdlərə əngəllər yaratmağa, onları imtahan etməyə və.s. Hələ fikirləri var ki, həmin şagirdlərin valideynlərini də imtahan etsinlər.

Tv-də gedən süjeti məntiqli hazırlamamışdılar, yəni problem saydıqlarından bir cümləlik olsun belə çıxış yolu göstərə bilmədilər, göstərdikləri də həll yolu deyildi. Çıxış yolunu azərbaycan dilində nəşr olunan ədəbiyyat sayının artırılmasında, orfoqrafiya lüğətinin tərtibində və.s. görürlər. Başa düşmürlər ki, indiki vəziyyət azərbaycan dilinin geriləməsinə görə deyil, rus dilinin irəliləməsinə görədir. Əgər işə qəbul zamanı rus dili tələbi gücləndirilirsə, onda yazıq orfoqrafiya lügəti nə çarədir ki…

Firdovsi Şahbazov, iqtisad üzrə fəlsəfə doktoru

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …