Çərşənbə , May 8 2024
Ana səhifə / İqtisadiyyat / Türklər işləmək üçün Azərbaycanı seçir

Türklər işləmək üçün Azərbaycanı seçir

Cari ilin birinci yarımilində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən fərdi uçot sistemində əlavə olaraq, 1 587 əcnəbiyə şəxsi hesab açılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən xəbərə görə, iyul ayının 1-nə fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 45 539 nəfər olub.

Onların sırasında Тürkiyə (20 174 nəfər), Gürcüstan (4 698 nəfər) və Rusiya  (2 927 nəfər) vətəndaşları çoxluq təşkil edir.

Fondun fərdi uçot sistemində ümumilikdə 142 ölkənin vətəndaşları qeydiyyatdadır.

Həmçinin oxuyun

Bakı-Tbilisi-Qars dəmiryolunda hərəkətin bərpa olunacağı vaxt açıqlandı

Mayın 20-dən etibarən yeni təmir edilmiş Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu xətti ilə yük qatarlarının hərəkətinə başlanılacaq. …