Ana səhifə / İqtisadiyyat / Türkiyədə məhşur otellər şəbəkəsinin sahibi də saxlanıldı

Türkiyədə məhşur otellər şəbəkəsinin sahibi də saxlanıldı

15 iyul tarixində Türkiyədə baş verən çevriliş cəhdi ilə bağlı həbslər davam edir.

Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Fətullahçı Terror Təşkilatının (FETÖ) dövlət çevrilişi cəhdi ilə əlaqədar olaraq Antalyadakı “Delphin” otellər şəbəkəsinin sahibləri Tolqa Cömertoğlu, Alper Cömertoğlu və əmiləri Üfüq Cömertoğlu da saxlanılıblar. Evlərində axtarışlar aparılan şübhəlilər ifadələri alınmaq üçün idarəyə aparılıblar.

Qeyd edək ki, Tolqa Cömertoğlu çevriliş cəhdindən sonra şəxsi Tvitter hesabında “Təəssüflər olsun. Vətən xainliyi başqa, qatillik başqa… Videoları izlədikcə üsyan edirəm, günahsız insanlara, silahsızlara necə qıymaq olar?” yazmışdı.

Həmçinin oxuyun

Azərbaycan iqtisadiyyatına nə qədər kredit qoyulub?

2024-ci il aprel ayının 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 25 milyard 442.7 milyon manat təşkil …

Bir cavab yazın