Şənbə , May 11 2024
Ana səhifə / İqtisadiyyat / Teymur Əhmədov adına “AzNar” QSC ləğv olunmayıb – Açıqlama

Teymur Əhmədov adına “AzNar” QSC ləğv olunmayıb – Açıqlama

Sentyabrın 22-də Azinforum.az  saytnda APA-ya istinadən “AzNar” QSC-nin bağlanması barədə xəbər verilb. Şirkət “Azərbaycanda məşhur milyarderin şirkəti ləğv olunur” başlıqlı yazıda xəbərin yalnış olduğunu bildirib və radaksiyamıza müraciət edib. Teymur Əhmədov adına “AzNar” QSC-nin açıqlamasını dərc edirik:

“Xəbər portallarının 22 sentyabr 2017-ci il tarixli buraxılışında “AZNAR QSC ləğv edilir”, “Məşhur milyarder şirkətini ləğv edir” və s. oxşar məzmunlu başlıq altında olan xəbərlər dərc edilmişdir. Həmin məqalələrdə qeyd olunmuşdur ki, “Oktyabrın 25-də “Aznar” QSC-nin ləğv edilməsi ilə əlaqədar səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək”.

Teymur Əhmədov adına “AzNar” QSC-nin rəhbərliyinin Sizə olan muraciətindən sonra tərəfinizdən lazımi qaydada təkzib verilmədiyini nəzərə alaraq, səhmdar cəmiyyətinin majoritar səhmdarı kimi şəxsən müraciət edərək nəzərinizə bir daha çatdırırıq ki, xəbər portalının bu barədə məqalələri həqiqətə uyğun deyildir.

Bildiririk ki, “AZ-NAR” QSC-nin Səhmdarlarının Növbədənkənar Ümumi Yığıncağının çağırılması ilə bağlı “Xalq qəzeti”nin № 206 (28591) 22 sentyabr 2017-ci il tarixli sayında dərc edilmiş elanda redaksiya tərəfindən texniki yanlışlığa yol verilmişdir. Diqqətinizə çatdırırıq ki, ləğv edilməsi səhmdarların ümumi yığıncağının müzakirəsinə çıxarılan hüquqi şəxs Teymur Əhmədov adına “AzNar” QSC (VÖEN: 6000083631 ) deyil, onun majoritar səhmdarı olduğu, əvvəllər “Göyçay Toxucu” ASC adı ilə fəaliyyət göstərmiş və sonradan adı dəyişdirilərək “AZ-NAR” QSC (VÖEN: 6000162701) olan hüquqi şəxsdir.
Bir sıra kütləvi informasiya vasitələrində, o cümlədən Sizin portalda, Teymur Əhmədov adına “AzNar” QSC-nin ləğv edilməsi ilə bağlı xəbərlərin yayılması Teymur Əhmədov adına “AzNar” QSC-nin müqavilə münasibətlərində olduğu yerli və xarici hüquqi şəxslər arasında çaşqınlığa, o cümlədən cəmiyyətin əmək kollektivinin təşvişinə səbəb olmuşdur. Bu cür hallar yolverilməzdir və istər iş adamı kimi şəxsən mənim, istərsə də hüquqi şəxs kimi “AzNar” QSC-nin işğüzar nüfuzuna və təsərrüfat imicinə xələl gətirir”.

Redaksiyadan: Azinforum.az olaraq  bir daha bildiririk ki, ölkənin ən tanınmış informasiya agentliklərindən olan APA-ya istinadən verdiyimiz məlum xəbər ölkənin əksər informasiya resursları tərəfindən tirajlanıb. Hər zaman peşə etikasına sadiq olan olan İnformasiya Portalı olaraq, “AZ-NAR”-ın da təkzib məktubunu dərc etməyi lazım bildik.

Həmçinin oxuyun

BTC ilə hansı ölkələrin nefti daşınır? – Müəmmalı statistika

Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri istismara veriləndən (iyun 2006) bu ilin birinci rübünün sonunadək bu kəmər …