Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Gündəm / Vüqar Qaradağlının milyonluq mülkləri- Siyahı

Vüqar Qaradağlının milyonluq mülkləri- Siyahı

ATV-nin keçmiş prezidenti Vüqar Qaradağlının sahib olduğu varidatının siyahısı üzə çıxıb.

Azinforum.az həmin siyahını Ölkə.az-a istinadən təqdim edir:

Villalar və evlər:

– Xəzər rayonu, Şüvəlan qəsəbəsi, bağlar massivi, ev 518. Üçmərtəbəli villa

– Səbail rayonu, Əhməd Cavad küçəsi, ev 3, mənzil 5. “Neo MMC”dən 4 otaqlı mənzil

– Yasamal rayonu Haqverdiyev küçəsi, məhəllə 574, ev 5, mənzil 28

– Yasamalda ATV-nin yaxınlığındakı yeni tikilmiş binada mənzil

– Quba rayonunda üçmərtəbəli villa

– Biləcəri qəsəbəsində yanaşı iki villa (Həmin tikililəri yerli sakinlər “ATV-nin villaları” adıyla tanıyır)

– Amerikanın əhali sayına görə ən böyük hesab edilən şəhəri – Nyu Yorkda 2 otaqlı mənzil. Hazırda həmin mənzildə V.Qaradağlının bu ölkədə təhsil alan oğlu yaşayır.

– Türkiyədə, Quş adası istirahət bölgəsində ev

– Bodrumda mənzil

– Antalyada ikiotaqlı mənzil

– İstanbulda “Mall of İstanbul” adlanan kompleksdə mənzil. Qeyd edək ki, bu kompleksdə ən ucuz mənzil 2 milyon dollardır.

– Bayraq Meydanının yaxınlığında “Panorama” restoranı (qayını Rauf Dadaşovla şərik)

Avtomobillər:

– Ən son model 2 ədəd “Audi” markalı avtomobil. Audilərdən biri A5, digəri A6 model. Qeyd edək ki, “Audi”lərdən birini V.Qaradağlı özü, digərini həyat yoldaşı idarə edir. Və hər ikisinin dövlət nömrə nişanı 241-dir.

– İki ədəd son model “Lexus” avtomobili. Bu avtomobillərdən biri hazırda ATV-dədir.

– Bir ədəd “Nissan patrol”. Bu avtomobilin də qiyməti təxminən 300 min manatdır.

– Mercedes S Class

Qeyd edək ki, V.Qaradağlı bu posta təyin edilərkən ATV-yə “Rent a car”dan icarəyə götürdüyü köhnə model, qiyməti 9-10 min manata olan “Nissan Patfhinder” markalı avtomobillə gəlibmiş. Həmin avtomobil bir ay iyirmi gün V.Qaradağlının sərəncamında olub.

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …