Şənbə , May 11 2024
Ana səhifə / İqtisadiyyat / SOS: Rusiya ən böyük hərbi gəmisini Türkiyə sərhəddinə göndərdi

SOS: Rusiya ən böyük hərbi gəmisini Türkiyə sərhəddinə göndərdi

Suriyadakı hava əməliyyatları zamanı Türkiyə sərhədini pozan Rusiya bombardmançı təyyarəsinin vurulmasından sonra bu ölkənin ən böyük hava hücumundan müdafiə gəmilərindən biri Aralıq dənizində mövqe tutub.

Lent.az RIA Novosti-yə istinadən xəbər verir ki, bundan sonra rus bombardmanlarının təhlükəsizliyini təmin etmək məqsədi ilə qırıcı təyyarələr onları müşayət edəcək. Əgər bombardmançılara hər hansı istiqamətdən atəş açılsa, yerdən və havadan dərhal reaksiya göstəriləcək.

Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi Sergey Rudskoy bildirib ki, Qara dəniz donanmasının ən böyük gəmisi və rus donanmasının ən böyük hava hücumundan müdafiə gəmilərindən biri olan “Moskova” Türkiyə və Suriyanın dəniz sərhədində mövqe tutacaq.

Qeyd edək ki, bu gəmidə S-300 komplekslərinə bənzər müasir raket sistemləri var.

Onu da qeyd edək ki, Rusiya Türkiyə ilə bütün hərbi münasibətləri kəsməyə qərar verib.

Həmçinin oxuyun

BTC ilə hansı ölkələrin nefti daşınır? – Müəmmalı statistika

Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri istismara veriləndən (iyun 2006) bu ilin birinci rübünün sonunadək bu kəmər …

Bir cavab yazın