Ana səhifə / İqtisadiyyat / “Rusiyaya olan ciddi sanksiyalardan Azərbaycan da əziyyət çəkəcək”— EKSPERT

“Rusiyaya olan ciddi sanksiyalardan Azərbaycan da əziyyət çəkəcək”— EKSPERT

“Sanksiyaların tətbiqinin müsbət və mənfi xüsusiyyətləri var. Müsbət məqamı zəif nöqtələrinin düzəltməyinə yönəlmiş bir yoldur. Rusiya arxayındır ki, Avropaya borc içində qalan Ukrayna yox, təbii resursları ilə bol Rusiya lazımdır”.

Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı-ekspert Rauf Qarayev deyib.

İqtisadçı qeyd edib ki, sanksiyaların olması Rusiyanı öz siyasətindən çəkindirməyəcək:

“Avropa Rusiyadan qismən də olsa asılıdır. Rusiyanın təhlükəsizlik şurasının müavini olan D.Medvedivin sözü ilə desək, “Avropa danışıb-danışıb oturacaq yerində”. Sonda Rusiya ilə məcburi razılığa gələcəklər. Amma görünən odur ki, iqtisadi sanksiyalar artır və vəziyyət gərginləşir. Bu, o deməkdir ki, əgər əvvəllər bu sanksiyalar sadəcə qorxutmaq xarakteri daşıyırdısa, indi isə artıq kritik xarakter daşıyır. Avropa bu sanksiyaları daha da şiddətli edə bilər, amma mərhələli edir. Səbəb odur ki, Rusiya iş adamlarına təsir etməkdir. Rusiya iş adamları hakimiyyətdən tələb etməlidir ki, xaricdə olan pul, yatırım əldən çıxır, səbəbi isə sizin siyasətinizdir. Amma hökumət deyir ki, sən narahat olma, onsuz da bu pulu məndən qazanmısan, indi isə ümumi maraqlara görə dözməlisən. Hazırda Rusiyanın tanınmış bir neçə banklarına da sanksiyalar tətbiq edilib və onlarla əməkdaşlıq dondurulub. Bu, o deməkdir ki, həmin bankların müştəriləri də sanksiyalara məruz qalmış olurlar. Onlar xaricdə həmin banka məxsus plastik kartlardan, hesablarından istifadə edə bilmirlər. Pulu var, onu xərcləyə bilmir. Əsas məsələ SWIFT – dən Rusiyanı ayırmaq idi. Amma bu məsələyə Almaniya və Macarıstan mane olurdu. Sonda hələ ki, bu məsələ kənara qoyulub. Rusiyanın hansı hərəkəti atdığını gözləyirlər. Addımların atılması Rusiyanı sarsıdacaqmı? İndiki halda gedən proseslər onu göstərir ki, sarsıda bilər. Əgər bu sanksiyalar daha ciddi olarsa, SWIFT-dən Rusiyanın kənarlaşdırılması, dolların və avronun onlara satılmasının qadağan edilməsi və s. Rusiya mülki təyarələrin uçması da Avropanın bir neçə ölkəsi üçün qapalıdır. Rusiyaya vaxt verirlər ki, fikirlərindən əl çək. Rusiyanı dəstəkləyən ölkə Almaniya idi, amma sonda o da məcbur qalıb sanksiya tətbiq edən ölkələr sırasına qoşuldu. Almaniyaya enerji lazımdır. Rusiyada enerji faktoruna görə, o əlaqələrini ondan kəsmək istəmir”.

İqtisadçı qeyd edib ki, Rusiyanı iqtisadi baxımdan dəstəkləyən Çindir: “Çünki Çin bilir ki, Rusiya dağılsa, ABŞ-ın növbəti hədəfi odur. Bu baxımdan Çin Rusiyanı xoşlamasa belə dəstəkləyir. Hazırda sanksiyalar davam edir və hələ ki, Rusiya dözür. Bəlkə də digər ölkə olsa idi, çoxdan diz çökmüşdür. Amma Rusiya hələ ki, tab gətirir. Nə vaxta kimi? Sanksiyalar ciddi olsa yaxın zamanda Rusiyanı çökdürə bilər. Bundan Azərbaycanda əziyyət çəkəcək. Səbəb isə Azərbaycanın Rusiya iqtisadiyyatına bağlı olmasıdır. Ticarət əlaqələri baxımdan Rusiya ilə daha çox ticari dövriyyə edir. Bu da ölkədə qiymətlərin artımına və manatın dollar qarşısında büdrəməsinə  gətirib çıxara bilər”.

Həmçinin oxuyun

İşğaldan azad olunan ərazilərdə bəzi güzəştlər olacaq – VİDEO

İşğaldan azad olunan ərazilərdə tikinti ilə məşğul olan sahibkarlara kredit və subsidiyalarla bağlı güzəştlər edilir. …