Çərşənbə axşamı , May 7 2024
Ana səhifə / İqtisadiyyat / Rusiyanın Ankaradakı səfiri güllələndi – VİDEO

Rusiyanın Ankaradakı səfiri güllələndi – VİDEO

Bu dəqiqələrdə Türkiyə telekanallarının yaydığı xəbərə görə Rusiyanın Ankaradakı səfirinə silahlı hücum olub.

Belə ki, səfir Andrey Karlov ağır yaralanıb və xəstəxanaya aparılıb. Diplomatın Ankarada müsir inxəsənət sərgisinə baş çəkərkən güllələndiyi xəbər verilir. Səfir mərasimdə çıxışını başa vurduqdan sonra hələlik kimliyi məlum olmayan şəxs ona  arxadan atəş açıb, ardınca Karlova daha bir güllə vurub.

RİA Novosti agentliyi xəbər verir ki, Rusiyanın Ankaradakı səfiri Andrey Karlov aldığı güllə yaralarından keçinib.

Onun xəstəxanada, yoxsa hadisə yerində keçindiyi dəqiqləşdirilmir. Şahidlərin bildirdiyinə səfirin elə hadisə yerindəcə keçindiyi təxmin olunur, çünki terrorçu onu il atəşdə yaraladıqdan sonra başından kontrol atəşi də açıb. Səfir yerdə hərəkətsiz qalıb.

Həmçinin oxuyun

Bazarda kütüm, berj və kefalın qıtlığı yaşanır (VİDEO)

Ayın 1-dən etibarən balıq ovu qadağan edilsə də, bazarlarda məhsul bolluğu yaşanır. Satıcılar bildirirlər ki, …

Bir cavab yazın