Çərşənbə , May 1 2024
Ana səhifə / İqtisadiyyat / Qazaxıstanın keçmiş baş naziri həbs olundu

Qazaxıstanın keçmiş baş naziri həbs olundu

Qazaxıstanın keçmiş baş naziri Serik Əhmədov korrupsiya ittihamı ilə 10 il azadlıqdan məhrum edilib.

Karaqanda vilayət məhkəməsi dekabrın 11-də onu israfçılıq və külli miqdarda mənimsəmədə təqsirli bilib. O ittihamları rədd edir.

O dekabrın 9-da məhkəmə prosesində ölkə prezidenti Nursultan Nazarbayevi onun səhlənkarlığa yol verməsini bağışlamağa çağırmışdı.

56 yaşlı Əhmədov əslən Karaqandadandır.

2012-ci ilin sentyabrından 2014-cü ilin aprelinədək baş nazir olub, ötən ilin aprelində müdafiə naziri vəzifəsinə təyin edilib, amma oktyabrda öz istəyi ilə istefaya gedib.

Həmçinin oxuyun

Fermerlər narazıdır: “Xaricdən soğan gətirməyə ehtiyac yoxdur”

“Soğan bol olduğundan alıcı tapa bilmirik, təklif edilən məbləğ azdır” Qazaxıstan bu il Azərbaycan və …

Bir cavab yazın