Şənbə , May 11 2024
Ana səhifə / İqtisadiyyat / Mosula ancaq Türkiyə girə bilər – Səddam Hüseynin nəvəsi

Mosula ancaq Türkiyə girə bilər – Səddam Hüseynin nəvəsi

İranlı qruplaşmaların Mosula daxil olmasına icazə verilməyəcək. Sadəcə türk ordusu bu şəhərə girə bilər.

Axar.az xəbər verir ki, bu sözləri İraqın sabiq lideri Səddam Hüseynin nəvəsi Məsud Torun deyib.

“Ümmət üçün xaçlı ordusu ilə müharibə aparan Səddam Hüseynə Allahdan rəhmət diləyirik. ABŞ və onun nəzarəti ilə yaradılan Bağdad hökumətini tanımırıq. İranlı qruplaşmalar Mosul şəhərinə girə bilməz. Sadəcə türk ordusunun buna haqqı çatır. Yaşasın İraq, yaşasın Fələstin, yaşasın Türkiyə”, – Torun bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyənin İstanbul şəhərində motosikl qəzasına düşən 33 yaşlı Torun gizli şəkildə xəstəxanada müalicə alırdı.

Həmçinin oxuyun

BTC ilə hansı ölkələrin nefti daşınır? – Müəmmalı statistika

Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri istismara veriləndən (iyun 2006) bu ilin birinci rübünün sonunadək bu kəmər …

Bir cavab yazın