Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / İqtisadiyyat / “Lambada”nın əfsanəvi ifaçısı diri-diri yandı – VİDEO

“Lambada”nın əfsanəvi ifaçısı diri-diri yandı – VİDEO

Məşhur “Lambada” mahnısının əfsanəvi ifaçısı Loalva Braz ölüb.

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, 64 yaşlı məşhur braziliyalı müğənninin Rio-de-Janeyroda avtomobildə yanmış meyiti tapılıb.

Hüquq-mühafizə orqanları qətl versiyasını istisna etmirlər. Polisin əldə etdiyi məlumatlara görə, ölümündən bir gün əvvəl müğənninin evində onun iki naməlum şəxs olub. Ehtimal edilir ki, o, yandırılaraq öldürülüb.

Hazırda polis faktla bağlı araşdırma aparır.

Qeyd edək ki, Loalva Braz 1953-cü ildə Rio-de-Janeyroda anadan olub. Amma o, əsl şöhrətini Fransaya köçəndən sonra qazanıb. Fransada Fransa-Braziliya pop qrupu olan Kaomanın solisti olub. 1989-cu ildə kollektiv bir çox ölkələrin hit-paradında birinci yerdə duran “Lambada” mahnısını yazıb.

Həmçinin oxuyun

Xudafərinin iqtisadi və geosiyasi əhəmiyyəti… (ŞƏRH)

Azərbaycan Ordusunun ardıcıl qələbəsi nəticəsində Xudafərin körpüləri işğaldan azad olunub. Bununla Azərbaycan tarixi torpağına qovuşmaqla …

Bir cavab yazın