Çərşənbə axşamı , May 7 2024
Ana səhifə / İqtisadiyyat / İsveçrədə Türkiyə konsulluğuna maskalı hücum: “Ərdoğanı öldürün!”

İsveçrədə Türkiyə konsulluğuna maskalı hücum: “Ərdoğanı öldürün!”

Türkiyənin İsveçrədəki Baş Konsulluğuna maskalı şəxslər hücum edib.

Hücum nəticəsində mərkəz qərargahı Zürix şəhərində yerləşən konsulluq binasına ziyan dəyib.

Maskalı şəxslər konsulluq binasının qarşısında yerləşən avtobus dayanacağına və yaxınlıqdakı evə “Kill Erdogan” (“Ərdoğanı öldürün”) şüarını yazıblar.

Baş konsul Asiye Nurcan bildirib ki, boyalı hücum axsam saatlarında baş verib: “Binaya 60-a yaxın maskalı şəxs hücum edib. Hadisədən sonra polis konsulluğa gəldi. Hazırda lazımı tədbirləri görməkdəyik. Bina boyalardan təmizlənir”.

Qeyd edək ki, hücum edənlərin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı hədəf alması və binaya atılan boyaların PKK terror təşkilatının “rənglərini” əks etdirməsi hücumun PKK tərəfdarları tərəfindən edilməsi şübhələrini artırıb.

Həmçinin oxuyun

Bazarda kütüm, berj və kefalın qıtlığı yaşanır (VİDEO)

Ayın 1-dən etibarən balıq ovu qadağan edilsə də, bazarlarda məhsul bolluğu yaşanır. Satıcılar bildirirlər ki, …

Bir cavab yazın