Ana səhifə / İqtisadiyyat / Hillari Klinton səsvermədə liderdir

Hillari Klinton səsvermədə liderdir

“Slate” nəşrinin qeyri rəsmi proqnozuna əsasən, ABŞ prezident seçkilərində vaxtından əvvəl keçirilən səsvermədə Demokratlar Partiyasından olan namizəd Hillari Klinton liderdir.

RİA Novosti xəbər verir ki, vaxtından əvvəl səsvermənin nəticələrinə əsaslanan qeyri rəsmi proqnoza görə, Hillari Klinton seçkilərin yekun nəticəsinə təsir edə biləcək həlledici ştatlardan üçü – Florida, Ohayo və Nevada üzrə liderdir. Maraqlıdır ki, ənənəvi olaraq “demokrat” hesab edilən Pensilvaniya ştatı üzrə respublikaçı Donald Tramp Hilari Klintonu qabaqlayıb.

“Slate” nəşrinin məlumatına görə, Florida ştatı üzrə Klinton Trampa nisbətən 100 mindən çox səs üstünlüyünə malikdir. Burada vaxtından əvvəl səs vermiş 3,7 mln. seçicidən 48,3 faizi Klintona, 45,5 faizi isə Trampa səs verib.

Həmçinin oxuyun

Azərbaycan iqtisadiyyatına nə qədər kredit qoyulub?

2024-ci il aprel ayının 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 25 milyard 442.7 milyon manat təşkil …

Bir cavab yazın