Çərşənbə axşamı , May 14 2024
Ana səhifə / İqtisadiyyat / HDP Türkiyə parlamentində fəaliyyətini bərpa etmək barədə qərar verib

HDP Türkiyə parlamentində fəaliyyətini bərpa etmək barədə qərar verib

Türkiyədə Xalqların Demokratik Partiyası (HDP) parlamentdə fəaliyyətini bərpa etmək barədə qərar verib.

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu bu gün Ankaranın Kartal meydanında keçirilən aksiyasında HDP-nin İstanbul rayon təşkilatının həmsədri Doğan Erbaş açıqlayıb.

D. Erbaş partiya rəhbərliyində aparılan son müzakirələrdən sonra Türkiyə Böyük Millət Məclisində fəaliyyətlərini bərpa etmək, parlamentdə daha fəal iştirak etmək barədə qərar verildiyini bildirib.

Qeyd edək ki, noyabrın 6-da HDP Türkiyə parlamentində fəaliyyətini dayandırıb. Buna səbəb terror fəaliyyəti ilə bağlı aparılan istintaq çərçivəsində partiyanın iki həmsədri də daxil olmaqla, HDP-nin 10 deputatının həbs edilməsi olub. HDP Türkiyə Böyük Millət Məclisində deputatlarının sayına görə üçüncü partiyadır.

Həmçinin oxuyun

Agentlik İsgəndər Mahmudovun şirkəti ilə yarım milyonluq müqavilə imzaladı – Sanksiya siyahısındadır

Azərbaycan Dövlət Turizm Agentliyi Rusiyanın “OOO Aeroekspress Media” şirkəti ilə satınalma müqaviləsi imzalayıb. Bir mənbədən satınalma …

Bir cavab yazın