Ana səhifə / Sosial / “Bütün zal alqışladı ki, ermənilər, siz mənəviyyatsızsınız” – Siyavuş Novruzov

“Bütün zal alqışladı ki, ermənilər, siz mənəviyyatsızsınız” – Siyavuş Novruzov

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar İstanbulda NATO Parlament Assambleyasının 62-ci sessiyası çərçivəsində keçirilən Müdafiə və təhlükəsizlik komitəsinin iclasında çıxışı zamanı erməniləri biabır edib.

Bunu Trend-ə iclasda iştirak edən Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, H.Akar erməni nümayəndə heyətinin rəhbərini əxlaqsız, tərbiyəsiz, şərəfsiz və mənəviyyatsız adlandırıb: “Erməni deputat Hulusi Akara yersiz suallar verdi ki, “İraqı siz tutmusunuz, İŞİD-ə dəstək verirsiniz” və s. Hulusi Akar da çıxışında bu məsələlərin hamısına aydınlıq gətirdi və bildirdi ki, əgər bir nəfər bizim İraqda nə iləsə məşğul olduğumuzu sübut edə bilsə, mən istefa verməyə hazıram və erməni deputatını əxlaqsız, tərbiyəsiz, şərəfsiz və mənəviyyatsız adlandırdı”.

S.Novruzov əlavə edib ki, H.Akarın erməni deputata dediyi sözləri zaldakıılar ayağa qalxıb alqışladılar: “Bütün zal alqışladı ki, ermənilər, siz mənəviyyatsızsınız, əxlaqsızsınız”.

Həmçinin oxuyun

“73 manatlıq şəkər dərmanı 230 manata satılır, “tüccarlar”a kömək edən məmurlar var” – Deputat

“Şəkər xəstələrinin istifadə etdikləri “Synjardy” adlı dərman preparatının son iki ildir, bir qutusu 72-74 manata …

Bir cavab yazın