Ana səhifə / İqtisadiyyat / Gürcüstandakı azərbaycanlı turistlərin sayı 15%-dən çox artıb

Gürcüstandakı azərbaycanlı turistlərin sayı 15%-dən çox artıb

“Gürcüstanda son yeddi ay ərzində 3,4 milyon turist olub. Bu isə keçən ilin analoji dövrü ilə müqayisədə 10,6%-lik artım deməkdir”.

“Report” “Sputnik-Gürcüstan”a istinadən xəbər verir ki, bunu Gürcüstan Milli Turizm Administrasiyasının rəhbəri Giorgi Çoqovadze deyib.

Onun sözlərinə görə, Gürcüstana gələn turistlərin sayı baxımından birinci yeri Azərbaycan vətəndaşları tutur, eyni zamanda, son 7 ayda Gürcüstana səfər edən azərbaycanlı turistlərin sayı keçən ilin analoji dövrü ilə müqayisdə 15,1% artıb.

Administrasiya rəhbərinin verdiyi məlumata görə, turistlərin sayında Azərbaycanın ardınca Türkiyə (+1,6%), Ermənistan (-0,8%), Rusiya (+10,3%) və Ukrayna (+24,3%) qərarlaşıb.

Həmçinin oxuyun

Azərbaycan iqtisadiyyatına nə qədər kredit qoyulub?

2024-ci il aprel ayının 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 25 milyard 442.7 milyon manat təşkil …

Bir cavab yazın