Ana səhifə / İqtisadiyyat / “Eurovision-2017”-nin qalibi məlum oldu – VİDEO

“Eurovision-2017”-nin qalibi məlum oldu – VİDEO

“Eurovision-2017” mahnı müsabiqəsinin finalı başa çatıb. Portuqaliya təmsilçisi Salvador Sobral 758 xalla yarış cədvəlində birinci olub. O, müsabiqədə “Amar Pelos Dois” mahnısını ifa edib. Bununla da “Eurovision – 2018” mahnı müsabiqəsi Portuqaliyada keçiriləcək.

Müsabiqədə ikinci yeri Bolqarıstan təmsilçisi tutub.

Azərbaycanlı ifaçı Diana Hacıyeva 120 xalla 14-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, Azərbaycan Kiyevdə keçirilən “Eurovision-2017” mahnı müsabiqəsində 12 xalı Belarus təmsilçisinə, 10 xalı Moldova, 7 xalı isə Ukrayna təmsilçisinə verib.

Həmçinin oxuyun

Yumurta kəskin ucuzlaşdı: Bəs toyuq əti?

Hazırda satış məntəqələrində süfrə yumurtasının qiyməti 9 qəpikdir. Əvvəlki aylarla müqayisə etsək, yumurtanın qiyməti 20 …

Bir cavab yazın