Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / Ordumuzun vurduğu erməni “operator” kimdir? – Şok detal

Ordumuzun vurduğu erməni “operator” kimdir? – Şok detal

Dağlıq Qarabağda erməni və Azərbaycan silahlı qüvvələri arasında təmas xəttinin şimal istiqamətində hərbi maşında təxribat törədərkən Azərbaycan ordusunun cavab atəşi ilə yaralanan, Ermənistanın “Şant” telekanalında çalışdığı deyilən “operator” David Atoyan İrəvana aparılıb.

Axar.az xəbər verir ki, olay 2 gün öncə baş verib. Məsələyə dərhal Azərbaycanın Müdafiə Nazirliyi reaksiya verib. Nazirlik bəyan edib ki, Ermənistan hərbi texnikasının kamuflyaj rənginə uyğun maskalanmış, üzərində media və ya hər hansı mülki təşkilata aid heç bir fərqləndirici nişanı olmayan, “Şant” televiziyasına məxsus olduğu iddia edilən nəqliyyat vasitəsindən mövqelərimiz istiqamətində açılan atəşə qarşı bölmələrimiz tərəfindən müvafiq cavab tədbirləri görülüb.

Müdafiə Nazirliyinin məlumatında qeyd olunduğu kimi, eləcə də erməni mətbuatında yayılan fotodan göründüyü kimi atəşə tutulan maşının üzərində “Şant” televiziyasına məxsus olduğunu göstərən hər hansı yazı, işarə olmayıb. Əksinə, həmin nəqliyyat vasitəsi hərbi kamuflyaj olunub və düşmənin texnikasından heç nə ilə seçilmir. Yayılan videoda da “çəkiliş qrupu”nun üzvlərinin hərbi formada, əli silahlı olduğu görünür.

Azərbaycanı Cenevrə konvensiyasını pozmaqda ittiham edən düşmən tərəfi əslində bu görüntüləri yaymaqla özünü biabırçı şəkildə ifşa edir və ssenari müəllifinin naşılığı düşmən cəbhəsindəki bəzi qüsurları üzə çıxarır.

Tutaq ki, “Şant”ın əməkdaşları təmas xəttinə çəkiliş aparmaq üçün gəliblər. Niyə onlar üzərində “press” yazılmış gödəkçə yox, hərbi forma geyiniblər? Yaxud şüşələri sındırılan maşından çıxan “Kalaşnikov” avtomatına nə ad vermək olar. Belə çıxır ki, erməni jurnalistlər çəkilişə mikrofon əvəzinə avtomatla gedirlər?

Digər bir məqam: hərbi formalı “çəkiliş qrupu” hərbiçilərin müşayiəti olmadan Azərbaycan ordusunun bir addımlığına necə gəlib çıxa bilib? Onlara nəzarət edən qurum yoxdurmu?

Çəkilişə silahla gələn “jurnalist”

Azvision.az maraqlı detallar üzə çıxarıb. Saytın məlumatına görə, “Şant”ın əməkdaşları olduğu deyilən şəxslər əslində əli mikrofonlu jurnalist qrupu deyil, əli silahlı kəşfiyyatçılardır. Belə ki, Talış istiqamətində hərəkət edən təxribatçı qrup Ermənistan xüsusi xidmət orqanlarına çalışan “Ermənistan Milli Qvardiyası” adlı hərbi təşkilatın üzvləridir. Məxfi fəaliyyətə cəlb olunan təşkilatın rəhbəri “Şant”ın jurnalisti kimi qələmə verilən Arşak Zakaryandır. “Operator” David Atoyan da təşkilatın aparıcı simalarından hesab olunur.

Zakaryanın sosial şəbəkədəki hesabına baxmaq kifayətdir ki, onun jurnalist yox, təxribatçı olduğunu anlayasan. Ermənistan təhlükəsizlik orqanlarının strukturuna çevrilən təşkilat Zakaryanın rəhbərliyi ilə aprel döyüşlərində də öz təxribatçı funksiyasını yerinə yetirib.

Şəhidlərimizin meyitlərinin fotolarını çəkən və onları təhqirolmuş formada yayan şəxs məhz Zakaryan və dəstəsidir. Zakaryanın rəhbərlik etdiyi təşkilat – “Ermənistan Milli Qvardiyası” Ermənistanın təhlükəsizlik orqanlarına çalışır və təlimatları oradan alır. Təşkilat ehtiyata buraxılan zabitlər və keçmiş döyüşçülərdən təşkil olunub. Təşkilatın əsas missiyası informasiya müharibəsində Azərbaycanla bağlı dezinformasiya və təxribat xarakterli məlumatlar, görüntülər yaymaqdır. Adıçəkilən təşkilatın və rəhbərinin jurnalistika ilə heç bir əlaqəsi yoxdur. Göründüyü kimi, “Şant” telekanalının “çəkiliş qrupu”nun atəşə məruz qalmasına dair görüntülər Zakaryanın təşkilatının qurduğu uğursuz tamaşadan başqa bir şey deyil.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə məsələ ilə bağlı Şərq.az-a açıqlamasında deyib ki, ermənilərin bu addımı bilavasitə beynəlxalq aləmdə azərbaycanlıların problemlərinin artırılmasına hesablanıb:

“Əgər həmin jurnalistlər doğrudan da çəkiliş məqsədi ilə gəliblərsə, mütləqdir ki, maşın üzərində mediaya aid olduğunu əks etdirən fərqləndirici nişan olsun. Onlar niyə “press” yazılmış gödəkçədən istifadə etməyiblər? Savaş bölgəsində çəkiliş aparan jurnalistlərin bu cür qaydalara əməl etməsi vacibdir, həmçinin də jurnalistlərin üzərində, maşınlarında silah olmamalıdır. Amma “Şant” telekanalının “çəkiliş qrupu” qəsdən bu qaydaların heç birinə riayət etməyiblər ki, Azərbaycanı təxribata çəksinlər. Hesab edirəm ki, maşının ordumuz tərəfindən atəşə tutulması onlar üçün bir xəbərdarlıq olmalıdır ki, kimliyindən asılı olmayaraq, cəbhə bölgəsində gərginlik yaratmaq istəyən şəxslər yerindəcə neytrallaşdırılacaqlar”.

Dağlıq Qarabağa səfərlərin qeyri-qanuni olduğunu vurğulayan E.Şahinoğlunun sözlərinə görə, ora addım atan hər kəs Azərbaycandan icazə almaq məcburiyyətindədir:

“Çox təəssüflər olsun ki, Ermənistanın öyrətdiyi bir çox əcnəbi jurnalistlər, QHT nümayəndələri bu tələblərə əməl etmirlər və mütəmadi olaraq Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edirlər. Onlar bir şeyi anlamalıdırlar ki, bizim qanunlarımıza əməl etmədikləri təqdirdə həyatı təhlükələrlə üzləşəcəklər. Biz bunu açıq şəkildə beynəlxalq arenada da bəyan etməliyik. Hesab edirəm ki, dünya gücləri bu məsələdə ciddi mövqe ortaya qoymalıdırlar. Bir tərəfdən Azərbaycanı məcburi atəşkəsə sürükləyirlər, digər tərəfdən də ermənilərin atəşkəsi kövrəkləşdirən bu cür addımlarına göz yumurlar”.

Həmçinin oxuyun

DTX 105 yaşında – VİDEO

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb. Azinforum.az xəbər verir ki, qurumun sosial …

Bir cavab yazın