Ana səhifə / İqtisadiyyat / Erməni polisi Baqramyan prospektini təmizlədi

Erməni polisi Baqramyan prospektini təmizlədi

Ermənistan polisi İrəvanın mərkəzi Baqramyan prospektini nümayişçilərdən tamamilə təmizləyib.

“İnterfaks” xəbər verir ki, avtomobillərdə saxlanılan şəxslər polis bölmələrinə aparılıb.

www.oxu.az

Aksiyanın bəzi iştirakçıları səkilərdə dayanıblar. Polis onları yolun hərəkət hissəsinə buraxmır.

Prospektdə avtomobillərin hərəkəti hələ bərpa olunmayıb.

*    *    * 13:50

Ermənistan polisi paytaxt İrəvanda, prezident iqamətgahına aparan Baqramyan prospektində iki həftədən çoxdur nümayişçilər tərəfindən qurulmuş barrikadanı sökür.

Virtualaz.org saytı xəbər verir ki, bu dəqiqələrdə xüsusi təyinatlı polislər barrikadanı təşkil edən zibil yeşiklərinin bir-birinə bağlandığı ipləri kəsməklə məşğuldur. Nümayişçilər hansısa şüarlar səsləndirir, ancaq polisin barrikadanı sökməsinə mane olmur. Nümayişçilərin sıraları seyrəkdir.

Bundan əvvəl Ermənistan polisi bəyanat yayaraq bildirib ki, bu gün Baqramyan prospektində nəqliyyatın hərəkətini bərpa edəcək və ərazidən nəqliyyatın hərəkətinə mane olan predmetlər götürüləcək.

Polis bildirir ki, dəfələrlə təşkilatçıların özlərinə barrikadanı sökmək təklif olunub, ancaq onlar bundan imtina ediblər.

Qeyd edək ki, ötən gün nümayişçilər hakimiyyətə ultimatum vermişdi və bildirilmişdi ki, onların tələbləri yerinə yetirilməsə, barrikadanı prezident iqamətgahına doğru irəlilədəcəklər. Barrikadalarla iqamətgahı 60 metrlik məsafə ayırır.

 

Həmçinin oxuyun

Yumurta kəskin ucuzlaşdı: Bəs toyuq əti?

Hazırda satış məntəqələrində süfrə yumurtasının qiyməti 9 qəpikdir. Əvvəlki aylarla müqayisə etsək, yumurtanın qiyməti 20 …

Bir cavab yazın