Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / İrəvanda polis etirazçıların aksiyasını dağıdıb – YENİLƏNİB, CANLI YAYIM

İrəvanda polis etirazçıların aksiyasını dağıdıb – YENİLƏNİB, CANLI YAYIM

 

Erməni polisi Yerevanın Baqramyan prospektində etirazçıları avtobuslara mindirərək, aksiya yerindən uzaqlaşdırıb.
“Report” xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.
Polis prospekti aksiyaçılardan təmizləyib. Məlumata görə, 40-50 aksiya iştirakçısı saxlanılıb.
Xatırladaq ki, Ermənistanda elektrik enerjisinin bahalaşmasına qarşı iyunun 19-dan etiraz aksiyaları keçirilirdi.
İyunun 23-də səhər saatlarında polis paytaxt Yerevanda keçirilən aksiyanı zorakılıqla dağıdıb və həmin gün 237 aksiya iştirakçısı həbs olunub. Onlara qarşı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi açılıb.
*****13:55
Ermənistan polisi paytaxt İrəvanda, prezident iqamətgahına aparan Baqramyan prospektində iki həftədən çoxdur nümayişçilər tərəfindən qurulmuş barrikadanı sökür.
Virtualaz.org saytı xəbər verir ki, bu dəqiqələrdə xüsusi təyinatlı polislər barrikadanı təşkil edən zibil yeşiklərinin bir-birinə bağlandığı ipləri kəsməklə məşğuldur. Nümayişçilər hansısa şüarlar səsləndirir, ancaq polisin barrikadanı sökməsinə mane olmur. Nümayişçilərin sıraları seyrəkdir.
Bundan əvvəl Ermənistan polisi bəyanat yayaraq bildirib ki, bu gün Baqramyan prospektində nəqliyyatın hərəkətini bərpa edəcək və ərazidən nəqliyyatın hərəkətinə mane olan predmetlər götürüləcək.
Polis bildirir ki, dəfələrlə təşkilatçıların özlərinə barrikadanı sökmək təklif olunub, ancaq onlar bundan imtina ediblər.
Qeyd edək ki, ötən gün nümayişçilər hakimiyyətə ultimatum vermişdi və bildirilmişdi ki, onların tələbləri yerinə yetirilməsə barrikadanı prezident iqamətgahına doğru irəlilədəcəklər.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın