Şənbə , May 18 2024
Ana səhifə / İqtisadiyyat / Ermənilərin dağıtdığı Şükürbəylini bu şirkət 720 min manata sökəcək

Ermənilərin dağıtdığı Şükürbəylini bu şirkət 720 min manata sökəcək

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən keçirilən tender müsabiqəsinin nəticəsi məlum olub.
Fondun tender müsabiqsinin qalibi “Konsept Holding” MMC (VÖEN – 1500015641) olub.
Qalib şirkət Cəbrayıl rayonunun 1042 ailəlik (birinci mərhələdə – 635 ailəlik) Şükürbəyli kənd yaşayış məntəqəsinin salınması ilə əlaqədar mövcud dağılmış, sökülmüş yaşayış binalarının və digər tikililərin söküntü işlərini həyata keçircək.
“Konsept Holding” MMC Şükürbəyli kəndində 839,24 kv metr beton bünövrəni və 17 661,1 kv metr ümumi sahəsi olan binaları sökəcək.
Eyni zamanda 38 813,07 ton tullantını 31 km məsafəyə daşıyacaq. Bunlardan başqa tullantıları 20 207,08 kv metr əraziyə yayacaq.
Görüləcək işlər üçün Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu “Konsept Holding” MMC-yə 720 min 299 manat 95 qəpik ödəyəcək.
Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 2000 manat olan “Konsept Holding” MMC 2000-ci ildə dövlət qeydiyyatına alınıb. MMC-nin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, M. Mirqasımov küçəsi, ev 29, mənzil 150A-da yerləşir. MMC-nin qanuni təmsilçisi Mustafazadə Nasir Nadir oğludur.
MMC əvvəllər “Azəri Servis LTD” MMC adı altında fəaliyyət göstərib. MMC-nin qanuni təmsilçisi Nasir Mustafazadə əvvəllər “Azərkəndsutəchizatı” Dövlət Konsernində işləyib. 2017-ci ildə “Əməkdar mühəndis” fəxri adına layiq görülüb.
Nasir Mustafazadə adı bir müddət əvvəl Almaniyada sahib olduğu 554 mənzil ilə gündəmə gəlib. Mətbuatda yayılan məlumatlardan belə məlum olub ki, ümumi sahəsi 31 min 670 kvadrat metr olan 554 mənzili Nasir Mustafazadə Mustafa Erdoğan adlı bir şəxsə satıb.
Binanın texniki pasportuna görə, Nasir Mustafazadə binanı 2010-cu il iyununda alıb. Əmlakın 75 faizi onun, 25 faizi isə 72 yaşlı şəriki Sadik Tekin Evrenin adına rəsmiləşdirib. Bundan bir il sonra Evren dünyasını dəyişib və Nasir Mustafazadə 554 mənzilin tək sahibi olub. Yeniavaz.com

Həmçinin oxuyun

Azərbaycan nefti hansı ölkələrə və neçəyə satıb? – SİYAHI

Bu ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrə 4 milyard 364 min 589,7 min dollar dəyərində …