Ana səhifə / İqtisadiyyat / Dövlət Xidməti Komitənin tenderini ləğv etdi

Dövlət Xidməti Komitənin tenderini ləğv etdi

Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzi (UDAM) tərəfindən keçirilən tender müsabiqəsinin nəticəsi ləğv olunub.
Müsabiqənin nəticəsi İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qərarına əsasən ləğv olunub.
Bildirilir ki, Zərdab UADM-ın inzibati binasının əsaslı təmiri işlərinin satın alınması (işin davamı) üçün keçirilən tender müsabiqəsinin ləğv edilmə səbəbi kimi “Dövlət Satınalmaları Haqqında” Qanunun 4.1.2., 38.2. və 57.3.7.-ci maddələri göstərilib.
Məlumat üçün bildirək ki, 1 yanvar 2024-cü ildən qüvvəyə minən “Dövlət Satınalmaları Haqqında” yeni Qanunda 57.3.7.-ci maddə yoxdur.
Qeyd olunan digər maddələrdə isə müsabiqənin ləğvindən bəhs olunmur. Məsələn, yeni Qanunun 38-ci maddəsində satınalma müqaviləsinin qüvvəyə minməsi ilə bağlı müddəalar yer alıb.
Hazırda qüvvədə olmayan “Dövlət Satınalmaları Haqqında” Qanunun 38.2-ci maddəsi isə tender komissiyasının məsuliyyətindən və müsabiqənin ləğvindən bəhs olunur. Yeniavaz.com

Həmçinin oxuyun

Elm və Təhsil Nazirliyi tender keçirmədən bu şirkətə 3,4 milyon ayıracaq

Elm və Təhsil Nazirliyi “Edumedia-Azərbaycan” MMC (VÖEN – 1401897631) ilə 3 satınalma müqaviləsi imzalayıb.Yeniavaz.com xəbər verir …