Şənbə , May 11 2024
Ana səhifə / İqtisadiyyat / Dövlət Xidməti 150 kv. metr ofisi 42 min manata icarəyə götürür

Dövlət Xidməti 150 kv. metr ofisi 42 min manata icarəyə götürür

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub. 
Yeniavaz.com açıqlanan rəsmi məlumata istinadən bildirir ki, tender müsabiqəsinin qalibi Ağazadə Rəşad Fərhad oğlu (VÖEN- 1802244792) olub. 
Baş İdarə Ağazadə Rəşad Fərhad oğlundan Sabunçu rayonu, Nazim İsmayılov küçəsi 82 A ünvanında yerləşən  qeyri-yaşayış sahəsini icarəyə götürəcək. İcarəyə götürüləcək ofisin ümumi sahəsi 149,4 kv. metr olacaq və bunun üçün Rəşad Ağazadəyə 12 aylıq icarə haqqı olaraq 42 min manat ödəniləcək. Rəqəmlərdən də göründüyü kimi, Dövlət Vergi Xidməti icarəyə götürdüyü ofis sahəsinə hər ay 3 min 500 manat ödəyəcək.

Həmçinin oxuyun

BTC ilə hansı ölkələrin nefti daşınır? – Müəmmalı statistika

Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri istismara veriləndən (iyun 2006) bu ilin birinci rübünün sonunadək bu kəmər …