Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Maliyyə Nazirliyi iki təşkilatda yoxlamalarla bağlı DTX-ya müraciət etdi

Maliyyə Nazirliyi iki təşkilatda yoxlamalarla bağlı DTX-ya müraciət etdi

Dövlət Maliyyə Nəzarəti Xidmətinin mərkəzi aparatı və onun regional maliyyə müfəttişlikləri tərəfindən iş planlarına əsasən 2022-ci ildə 71 təşkilatda aparılmış yoxlamalarla aşkar olunan 5.081,1 min manat məbləğində artıq və əsassız ödənişlərin 1747,7 min manat hissəsinin yoxlamaların gedişində və yoxlamalardan sonrakı dövrdə təqsirkar şəxslər tərəfindən dövlət büdcəsinə ödənilərək bərpası təmin edilib.
Bu barədə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən 2022-ci ildə aparılmış nəzarət tədbirlərinin nəticələri haqqında məlumatda deyilir.
Bildirilib ki, həmin nəzarət obyektlərindən 2 təşkilat üzrə aşkar olunan 2811,4 min manat məbləğində nöqsanlara hüquqi qiymət verilməsi üçün yoxlama materialları Dövlət Təhlükəsizliyi Xidmətinə göndərilib.

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …