Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / İqtisadiyyat / Deputat: Vergilərlə sığorta ödənişləri arasında fərq olmalıdır

Deputat: Vergilərlə sığorta ödənişləri arasında fərq olmalıdır

İşə götürənlərin işçi sayından asılı olaraq, ödədikləri istər gəlir vergisi, istərsə də icbari sosial sığorta ödənişləri fərqli olmalıdır.

Bu təkliflə millət vəkili, BDU-nun kafedra müdiri Kamilə Əliyeva çıxış edib.

Millət vəkili xatırladıb ki, bu yöndə təklifini hökumətin parlamentdəki son hesabatı zamanı da səsləndirib.

“Belə hesab edirəm ki, bu fərqlər mütləq olmalıdır”, – deyən millət vəkili nümunə də çəkib.

Bildirib ki, məsələn, beş nəfər işçi çalışdıran sahibkarların ödəyəcəyi ödənişlər bugünkü qanunvericilikdə nəzərdə tutulmuş miqdarda, işçi sayı artıqca, bu faizdən bir qədər aşağı salınmalıdır.

“Bu ilk növbədə sahibkarlara stimul yaradacaq ki, iş yerlərinin sayını artırsın. İkincisi, heç kimə sirr deyil ki, bəzi sahibkarlar həmin ödənişləri azaltmaq üçün işçiləri əmək müqaviləsi bağlamadan işə cəlb edir. Digər tərəfdən, işçilərin faktiki aldığı əməkhaqqını çox aşağı göstərir.

Hesab edirəm ki, irəli sürdüyüm təklif aidiyyəti qurumlar tərəfindən araşdırılaraq, qanunvericiliyə əlavə olunarsa, bu, həm məşğulluq problemlərinin aradan qaldırılmasına, həm də işçilərin aldıqları real əməkhaqqının reallaşdırılmasına təsir göstərəcək.

Bu, eləcə də, istər dövlət büdcəsinə, istərsə DSMF-yə daxil olacaq vəsaitin artmasına gətirib çıxaracaq. İnanıram ki, təklifim nəzərə alınacaq”, – deyə K.Əliyeva əlavə edib. (Oxu.az)

Həmçinin oxuyun

Fermerlərin heyvan saxlamağa marağı niyə azalıb? – VİDEO

Ölkədə mal-qara sayında azalma tendensiyası davam edir. Statistik rəqəmlər də ciddi azalmanın olduğunu göstərir. Dövlət …